fbpx

Paşinyanın məqsədi dəyişib: “Ermənistan sülh sazişini imzalamağa hazır deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bir neçə açıqlama verərək qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistandan gedir.

Metbuat.az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, elə Nikol Paşinyanın əsas hədəfi də KTMT-dən çıxmaq idi.

Rüya tabirlerini burdan oku

Məhəmməd Əsədullazadə

“Ötən gün Rusiya prezidenti Vladimir Putinlə məhz bu kontekstdə telefon danışıqları olub. Nikol Paşinyan KTMT üçün elə bir təkliflər irəli sürür ki, bu təşkilat üçün qəbuledilməzdir. Ümumiyyətlə, Ermənistan Qərbin dəstəyi ilə Rusiyadan uşaqlaşmağı hədəfinə götürüb. Yaxın perspektivdə Ermənistan daxilində siyasi sabitlik pozula bilər”.

Analitik hesab edir ki, Nikol Paşinyanın Rusiyanın üzərinə təzyiq etməsi hələki Rusiyanın geri çəkilməsi ilə nəticələnəcək. Bu istiqamətdə prosedur addımlar atılması gözlənilir.

Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında onu da deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar. Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.

Bəs Nikol Paşinyan “fundamental problemlər” dedikdə nələri nəzərdə tutub?

Bu suala cavab olaraq politoloq Elxan Şahinoğlu bildirdi ki, Paşinyan Bakıdan aldığı cavabdan bu qənaətə gəlib ki, Azərbaycan sülh sazişi vasitəsilə Ermənistana qarşı ərazi iddialarını reallaşdırmaq istəyir.

5 prinsip, Rusiyaya verilen mesaj ve Brusselin musbet vasiteciliyi…-  Politoloq Elxan Şahinoğludan ŞƏRH

Elxan Şahinoğlu

“Yəqin Paşinyan Azərbaycanın Qərbi Zəngəzurun məşkunlaşdırılmasıyla bağlı siyasətini nəzərə tutub. O bunu Ermənistana qarşı ərazi iddiası kimi qəbul edir. Halbuki, söhbət ərazi iddiasından deyil, azərbaycanlıların qovulduqları yerlərə qayıtmaq hüququndan gedir. Qarabağda ermənilər yaşayacaqlarsa, Qərbi Zəngəzurda da azərbaycanlıların yaşaması təmin olunmalıdır. Paşinyan bu ədalətli modelin əleyhinədir.İkincisi, Nikol Paşinyan hesab edir ki, Azərbaycan Ermənistanla sülh sazişi vasitəsilə “Dağlıq Qarabağda etnik təmizləmə mandatı” əldə etmək istəyir. Yəni Paşinyan demək istəyir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Qarabağda ermənilərin kütləvi köçü həyata keçiriləcək və bu halda İrəvan buna mane ola bilməyəcək. Paşinyan bu zaman “genosid” ifadəsini işlədib. Realıqda Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması şərti mövcuddur”.

Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalayacağı halda bunun yerinə yetiriləcəyinə dair təminat tələb edib, bunsuz sənədin işlək olmayacağını bildirib və misal olaraq Azərbaycanın 2020-ci ilin 10 noyabr bəyanatına əks olaraq yolun “bağlandığını” göstərib. Politoloqun qənaətinə görə, Paşinyan sülh sazişinə beynəlxalq təminat istəyir.

“Belə bir təminat Azərbaycanın maraqlarına zidd deyil, sadəcə Ermənistanla sülh sazişi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından fərqli olacaq. Nikol Paşinyan Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərinin İrəvan üçün ilkin əhəmiyyət daşıdığını vurğulayıb. Belə çıxır ki, Paşinyan sənəddə Qarabağla bağlı müddəanın əks olunması fikrindən imtina etməyib. Bu Azərbaycanın maraqlarına ziddir. İkinci Qarabağ müharibəsi Nikol Paşinyana dərs olmayıb. Paşinyan sülh sazişini imzalamağa hazır deyil, vaxtı uzatmağa çalışır. Ancaq Ermənistanın baş naziri vaxtı uzadarkən bölgədə müharibə risqinin artdığını da etiraf edib”.

Gülbəniz Hüseynli / METBUAT.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paşinyanın #məqsədi #dəyişib #Ermənistan #sülh #sazişini #imzalamağa #hazır #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu