fbpx

Paşinyanın sülh açıqlaması Ermənistanda etirazlara səbəb oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın baş naziri Nikol Paşinyanın sülh sazişi ilə bağlı çıxışından sonra Ermənistanda ara qarışıb.

Metbuat.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Ermənistan parlamentinin binasının önündə etiraz edirlər. Aksiya iştirakçıları hakimiyyəti Ermənistanın maraqlarına əməl etməməkdə ittiham edirlər. Etirazçılar “Get!” şüarları səsləndirirlər.

Xatırladaq ki, Paşinyan bu gün parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib.

Rüya tabirlerini burdan oku

“Biz bir sənəd imzalamaq istəyirik ki, ona görə tənqid, təhqir olunacağıq, satqın adlandırılacağıq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Mən açıq deyirəm, əgər bu, təmin olunarsa, bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”,- Baş nazir bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu