Pasportsuz olan 12 nəfər şənliyə buraxılmayıb
BEY MEDIA İnformasiya agenti xəbər verir
Yanvarın 19-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-dən Metbuat.az-a verilən məlumata göər, monitorinq 54 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.