Patrik Şik Türkiyə ilə oyunu buraxacaq
Çexiya millisinin futbolçusu Patrik Şik Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyununda meydana çıxa bilməyəcək.
BEY.AZ xəbər verir ki, 28 yaşlı hücumçu zədə səbəbindən Türkiyə ilə qarşılaşmanı buraxmalı olacaq. Gürcüstanla keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atan “Bayer 04″ün forvardı həmin görüşdə zədə alıb.
Qeyd edək ki, Çexiya – Türkiyə oyunu iyunun 26-sı, saat 23:00-da start götürəcək.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |