fbpx

“Paxıllıqdan lənət oxuyurlar” – Blogeri təhqir edənlərə sərt REAKSİYA

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Allah Nicatın köməyi olsun, qəzadan görüntüləri gördüyüm zaman çox pis oldum. Ümumiyyətlə, insanlar bu tip qəzalar, bədbəxt hadisələrlə bağlı görüntüləri görürlərsə, ilk növbədə informativ stress keçirirlər. Təbii ki, söhbət başqalarının acısını duya biləcək insanlardan gedir. Amma təəssüf ki, biz bəzən sosial şəbəkələrdə belə görüntülərin altına şərh yazanları gördükdə təəccübümüzü gizlədə bilmirik. İnsanların baxış bucağı fərqlidir”.

Metbuat.az “Yenisabah.az”a istinadən bildirir ki, bu sözləri psixoloq Aytən Ələkbərova deyib. “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşməsi xəbəri haqda danışan psixoloq sosial şəbəkələrdə insanların hadisəyə verdikləri reaksiyaları psixoloji analiz edib:

“İnsanlar düşünür ki, hər hansı şəxs tiktokerdirsə, heç nə etmədən pul qazanır, pulu əziyyətlə qazanmır. Xeyr, bu, belə deyil, sadəcə insanlara işin asan tərəfi göstərilir. Kiçik bir şeyi əldə etmək üçün ona müəyyən vaxt sərf edirsən, beyin düşünür və onu ərsəyə gətirir. İnsanların düşüncəsi bir-birindən çox fərqlidir, ona görə qəza görüntülərinə bəzisi “Allah kömək olsun” deyir, bəzisi isə lənət oxuyur. İnsan özündə paxıllıq hissini dəf etməyi bacarmalıdır. Bəzən deyirlər mənim psixoloqa ehtiyacım yoxdur, lakin qəzaya düşən, qolu qopan bir şəxs üçün bu cür lənət dolu şərh yazanların həqiqətən psixoloqa ehtiyacı var. Çünki onlar həkkolmada, veribal öyrənmədə çətinlik çəkən insanlar olublar. Ona görə bir insanın acısına qəddarlıqla yanaşırlar”.

Rüya tabirlerini burdan oku

A.Ələkbərova qeyd edib ki, həyatda uğur qazanmayan şəxslər sosial şəbəkələrdə məşhurlaşanları, gəlir əldə edənləri qəbul edə bilmirlər:

“Bir müddət öncə “Baboş” ləqəbli tiktoker tutuldu. Bəzisi ona üzülürdü, bəzisi isə deyirdi “heç qapısı açılmasın”. İnsanları olduğu kimi qəbul etmək lazımdır.

Belə bir qəza Quba-Bakı yolunda da baş vermişdi, polis maşını tıra çırpılmışdı. Həmin vaxt da insanlar polislərə olmazın sözlər yazmışdılar. Şərhləri oxuduqca insanların acımasızlığına məəttəl qalırdım.

Nikonun hansı əziyyətlə nəyi əldə edəcəyi öz düşüncəsinin məhsuludur. O, düşüncəsinin məhsulunu qazandığı halda, haqqında pis, təhqir dolu sözlər demək lazım deyil. Belə insanlar həyatda uğursuz insanlardır, özü heç bir şey əldə edə bilmədiyi halda, başqalarına təhqirlər yağdırır. Özünün heç bir düşüncə məhsulu olmayanlar bu gün Niko kimiləri qəbul edə bilmir. Biri var qibtə, biri var paxıllıq. Paxıllıq bir mərəzdir, insanı içindən yeyir.

Bu gün icazə verilsə, bir psixoloq olaraq Nikonun daim yanındayam”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Paxıllıqdan #lənət #oxuyurlar #Blogeri #təhqir #edənlərə #sərt #REAKSİYA

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu