fbpx

Payız sərgi mövsümünə oktyabrda start veriləcək

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda payız sərgi mövsümü oktyabr ayında açıq elan ediləcək.

Metbuat.az xəbər verir ki, ikinci mövsümdə 7 sərgi keçiriləcək.

19-21 oktyabr tarixlərində “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənəcək. Nümayiş olunacaq yeniliklərdən biri isə sərgilərin Bakı Ekspo Mərkəzinin həm də açıq sahəsini əhatə etməsidir.

Rüya tabirlerini burdan oku

Artıq 3-cü il keçiriləcək olan Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir.

Təqvimdə eyni tarixlərdə 28-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “Bakubuild” sərgisi keçiriləcək. Bu sərgi uzun illərdir ki, tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

Növbəti keçiriləcək sərgi 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgisi olacaq.

Payız mövsümünün digər sərgisi 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisidir.

“Xəzər İnşaat Həftəsinin” iştirakçı ölkələri arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.

Bundan başqa, İnşaat Həftəsinin işgüzar proqramında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B), Qarabağ Dirçəliş Fondu və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə Ağdamda xüsusi sessiyanın təşkili və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Layihələrin davamı olaraq 2-4 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək.

Payız mövsümünün son layihəsi isə 15-19 noyabr tarixlərində keçiriləcək 9-cu Bakı Beynəlxalq Kitab Sərgisidir.

Sözügedən tədbirlərin təşkilatçıları Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir. 2023-cü ildə sərgilərin tərəfdaşları arasında: stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Greenwich Travel Club” turoperatoru, eləcə də yükdaşıma şirkəti “Caspian Freight Services” yer alır.

2023-cü ildə baş verən sərgi yenilikləri ilə bağlı bütün təfərrüatları www.ceo.azwww.iteca.az veb-saytlarından əldə etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Payız #sərgi #mövsümünə #oktyabrda #start #veriləcək

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu