fbpx

Paylaşılan videolar niyə keyfiyyətini itirir?

Rüya Yorumları burda


Əvvəllər sosial mediada videoların keyfiyyəti istifadəçinin çəkilişdə istifadə etdiyi kamera və təsvirin ekran ölçüsü ilə bağlı idi. Lakin indi vəziyyət dəyişib. Ən yaxşı kamerası, ən yüksək keyfiyyətli görüntüləri çəksəniz belə, əgər yetərincə populyar deyilsinizsə, sosial media platformaları videonuzu yüksək keyfiyyətli göstərmək üçün kifayət qədər resurs ayırmayacaq.

BEY.AZ xəbər verir ki, bu nümunəni “Instagram”da görmək olar. Əgər “Instagram”da paylaşdığnız video aşağı keyfiyyətdə görünürsə, bunun səbəbi həmin videonun kifayət qədər populyar olmamasıdır. “Instagram” rəhbəri Adam Mosseri müsahibələrinin birində bəzi videoların digərlərindən niyə daha aşağı keyfiyyətdə göründüyünü belə açıqlayıb:

“Ümumiyyətlə, göstərə biləcəyimiz ən yüksək keyfiyyətli videonu göstərmək istəyirik. Lakin video uzun müddət izlənilməzsə, daha aşağı keyfiyyətli videoya keçəcəyik, çünki izləmələrin böyük hissəsi başlanğıc mərhələsindədir. Daha sonra çox izlənilsə, yüksək keyfiyyətli videonu yenidən işləyəcəyik”, – deyə o bildirib.

Buna görə də arxiv üçün sosial mediaya güvənmək olmaz. “Instagram” kimi şəbəkələr populyar olmayan videolara və məzmunlara daha az resurs ayırmağa başlayıb. Sosial mediaya yüklədiyiniz gələcək üçün xatirə olaraq saxladığınız videolarınız varsa, övladlarınız və nəvələriniz bu videoları yəqin ki, bulanıq şəkildə izləyəcək.



Rüya tabirlerini burdan oku




ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu