fbpx

Paytaxtın 2 rayonunda internet və rabitə xətlərini oğurladılar

Rüya Yorumları burda

Paytaxtın iki rayonunda rabitə xətlərinə ziyan vurulması və oğurlanması barədə polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyindən BEY.AZ-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində rabitə kabellərini kəsərək oğurlamaqda şübhəli bilinən Elmir Mirzəyev saxlanılıb.

Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisindəki telefon qovşağı dirəklərində quraşdırılan rabitə kabellərinin də oğurlanması barədə polisə məlumat daxil olub.

Hadisəni törətməkdə şübhəli bilinən Ramil Cəfərov Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Rüya tabirlerini burdan oku

Araşdırmalarla saxlanılanların əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu