fbpx

Pekin-2022: Azərbaycan paraddan 18-ci keçəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan nümayəndə heyətinin Pekin-2022 Qış Paralimpiya Oyunlarının rəsmi açılış mərasimindəki parad zamanı keçid sırası müəyyənləşib.

Milli Paralimpiya Komitəsindən (MPK) Metbuat.az-a verilən məlumata görə, heyət üzvləri tamaşaçılar önündən 18-ci keçəcək.

Onlar Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov olacaq.

Pekin Milli Stadionunda təşkil olunacaq açılış mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq Mehman Ramazanzadə zədə səbəbindən hələlik Çinə yollana bilməyib. Onun martın 6-a Pekinə səfər edəcəyi gözlənilir.

Açılış mərasimində bayrağı kimin daşıyacağı hələlik bəlli deyil. Bu funksiyanı yerli Təşkilat Komitəsinin üzvlərindən birinin yerinə yetiriləcəyi bildirilir. Ramazanzadənin çıxışı martın 9-da baş tutacaq.

Qeyd edək ki, XIII Qış Paralimpiya Oyunları 4 – 13 martda təşkil olunacaq. Açılış mərasimi martın 4-ü Pekin Milli stadionunda keçiriləcək. Azərbaycan ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin