Pensiya alanlar bunu edə biləcəklər
“Milli Məclisdə əmək pensiyalarına dəyişikliklə bağlı məsələ müzakirə olunub. Bu müzakirədə bilavasitə pensiyanın artımı deyil, pensiyanın növünün dəyişdirilməsindən söhbət gedir”.
Bu sözləri BEY.AZ-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, əlilliyə görə pensiya alan şəxs yaşı bitdikdən sonra, qocalığa görə və ya əmək pensiyası ala bilər:
“Yəni, öz pensiyasının növünü dəyişə bilər. Bu növdəyişmə prosesinin avtomatlaşdırılmış, daha rahat olması ilə bağlı dəyişiklikdir. İnsanlara imkan verəcək ki, daha rahat şəkildə öz pensiya növünü dəyişsin. Təbii ki, qanunvericiliyin icazə verdiyi çərçivədə edilməlidir”.
Digər bir məsələ hərbi qulluqçularla bağlıdır ki, bu da bilavasitə formanın dəyişməsidir. Hərbi qulluqçuların maaşının artırılmasına heç bir təsiri yoxdur. Burada sadəcə olaraq hesablama müddəti var. Yəni, şəxsin pensiyası çıxdığı gündən hesablanacaq”.
Xatırladaq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyə görə, vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək. Digər dəyişikliyə görə, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunacaq.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |