fbpx

Pensiya və maaşlar bu tarixdə artırıla bilər



Dövlət sektorunda əmək haqqı dövlət büdcəsi hesabına maliyyələşdirilir, artırılır. Özəl sektorda təbii ki, əməkhaqqı artımları birbaşa özəl sahibkarların verdikləri qərarlardır.

BEY.AZ xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, artıq son məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı noyabrın 1-dək təkliflərin hazırlanması həyata keçiriləcək.

“Noyabrın 1-də təqdim olunduqdan sonra məhz bu istiqamətdə addımların atılacağı gözlənir. Ona görə də artıq uyğun dövlət qurumu minimum əməkhaqqı ilə bağlı təkliflərin hazırlanacağını və təqdim olunacağını bəyan edib. Bu isə ona xəbər verir ki, təkliflər hazırlanıb təqdim olunduqdan sonra minimum əməkhaqqının artırılması reallaşa bilər.

Pensiyalar daha çox indeksləşdirilmə və eləcə də 2022-ci ildən Prezident İlham Əliyevin tapşırığı ilə pensiyaçılara yardım verilməsi ilə artırılır. İndeksasiya 2025-ci ilin yanvarın 1-dən etibarən təqdim olunacaq. Bu zaman 2024-cü ildə orta aylıq əməkhaqqındakı artım faizini uyğun olaraq pensiyaların indeksiləşdirilib artırılacağı gözlənilir. Yaxın vaxtlar üçün təxmini orta indeksiləşdirilmə faizini müəyyənləşdirmək mümkün olacaq. Çünki 2024-cü ilin ilk yarım ilinin sosial yekunları növbət ildə yanvarın 1-i üçün indeksiləşdirilmə faizini ilk gün olaraq proqnozlaşdırmaq imkanı verəcək.

Müavinətlərin artırılması ilə bağlı da təkliflərdə Milli Məclisin iclaslarında təqdim olunub. Bu da birbaşa fiskal və maliyyə yükünə bağlıdır”, – deyə V.Bayramov bildirib.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin