fbpx

Pensiyaçılara 200 manat BU TARİXDƏ veriləcək

BEY.AZ informasiya agentliyi xəbər verir


200 manat yardım hər rüb üzrə 50 manat olmaqla rübün ilk ayının pensiyaları ilə birgə ödəniləcək.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək.

“İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə ödəniləcək. Növbəti rübün ödənişləri isə hər rübün ilk ayında veriləcək”, – deyə o əlavə edib.

***

“Artımlardan sonra staja görə pensiyaya çıxanların pensiya məbləği 360 manata, yaşa görə əmək pensiyasına çıxanların pensiya məbləğlərinin isə 385 manata çatacağı proqnozlaşdırılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

Sədrin sözlərinə görə, maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub:

“Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin