fbpx

Pensiyalarla bağlı qanuna dəyişiklik – Kimlərə aid ediləcək?



Azərbaycan Prezidenti “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

BEY.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur:

“Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq. Digər əlavələri də nəzərə alsaq, bu, həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq.

Qeyd edək ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq”.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin