fbpx

Peşə təhsili müəssisələrinə qəbul olanların NƏZƏRİNƏ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər avqustun 23-30-da (saat 17:00-dək) qeydiyyatdan keçməlidirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədən keçən şəxslər aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə məktəbinə təqdim etməlidirlər:

Rüya tabirlerini burdan oku

– attestatın əsli;

– sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

– sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

– şəxsiyyət vəsiqəsinin surəti;

– 3×4 sm ölçüdə dörd ədəd fotoşəkil;

– hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

– güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Peşə #təhsili #müəssisələrinə #qəbul #olanların #NƏZƏRİNƏ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu