fbpx

​Peşəkar memar Arzu Quliyeva ölkənin nüfuzlu layihəsində təltif olundu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Elə peşələr var ki, çətin və məsuliyyətli olmasına baxmayaraq bu sahədə qadınlar kişilərlə yarışır. İncəlik, dəqiqlik, dərinlik kimi keyfiyyətləri özündə birləşdirən memarlıq da belə sahələrdən biridir.

Bu gün dünyanın ən məşhur memarlıq komplekslərində qadınların imzasını görmək mümkündür.

Memarlıq tarixinin Pritzker Mükafatlı ilk qadın memarı Zaha Hadid dünyaca məşhur komplekslərin müəllifidir. Özünəməxsusluğu ilə paytaxtımızın simvoluna çevrilən Heydər Əliyev Mərkəzi məhz onun imzasını daşıyır.

Rüya tabirlerini burdan oku

Ölkəmizdə işinin peşəkarı qadın memarlardan danışarkən Arzu Quliyevanın adını çəkməsək olmaz.

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Arzu Quliyeva, öz istedadını kəşf etdikdən sonra Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakültəsini bitirir. Universiteti bitirdikdən sonra o individual olaraq, eyni zamanda “Code Academy” təhsil mərkəzində tələbələrə dizayn dərsləri verir.

“Arzudesignstudio” şirkətinin təsisçisi Arzu Quliyeva yalnız interyer dizayner deyil, həm də eksteryer və landşaft dizaynı üzrə mütəxəssisdir.

Ölkəmizin bir çox tanınmış mərkəzləri Arzu Quliyeva və onun komandası tərəfindən dizayn edilib.

“Mənzil və obyektlərinizi işinin peşakarına həvalə edin!” dizayn, tikinti-təmir işlərini uğurla yerinə yetirən Arzudesignstudio şirkətinin devizidir.

Peşəkar mütəxəssis 17-18 Mart 2023-cü il tarixində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Successful Interior Designer of the Year” nominasiyasına layiq görülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Peşəkar #memar #Arzu #Quliyeva #ölkənin #nüfuzlu #layihəsində #təltif #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu