fbpx

Peşəkar radioloq Elnarə Sərdarova beynəlxalq tədbirdə mükafatlandırıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


On ildən artıqdır ki, radiologiya sahəsində püxtələşən həkim Elnarə Sərdarova “Reputation İnc.” PR və Event şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan “Global Woman Awards – 2022” tədbirində “The Experienced Radilogist” mükafatına layiq görülüb.

Peşəkar həkim-radioloq fetal radilogiyanın on beş il öncə daha çox inkişaf etmədiyini, lakin ölkəmizdə bununla bağlı problem və tələbin olduğunu bildiyinə görə, bu sahəyə yönəlib və ölkəmizdə fəaliyyət göstərən Fetal MRT sahəsində ilk həkimlərdən olub.

Qeyd edək ki, Elnarə Sərdarova bu sahəyə dərindən yiyələnmək və incəliklərini öyrənmək üçün İsraildə Tel-Aviv Tibb Universitetində fetal neyrosonoqrafiya, daha sonra Avstriyada Vyana Tibb Universitetində uzun müddət təkminləşmə kursları keçib.

Rüya tabirlerini burdan oku

Bundan əlavə o, dünyanın bir çox ölkələrində baş tutmuş ən tanınmış təlim, kongres və kurslara qatılıb. Peşəkar həkim qazandığı professional bilikləri öz sahəsində uğurla tətbiq etməkdədir. E. Sərdarova İSUOG beynəlxalq təşkilatının üzvüdür və bu təşkilatın toplantılarına öz araşdırmaları ilə qatılmaqdadır.

E. Sərdarovanın gələcək planı və məqsədi isə səhiyyəmizə elmi araşdırmalar ilə öz tövhəsini verməkdir.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu