Peycer partlayışlarından sonra türklərdən diqqətçəkən həmlə
Livanda baş verən radio və peycer partlayışlarından sonra kibertəhlükəsizlik və kommunikasiya təhlükəsizliyinin əhəmiyyəti gündəmə gəlib.
BEY.AZ xəbər verir ki, ASELSAN yeni “ARTCOM 5433 V/UHF-P” əlaqə cihazını təqdim etməklə diqqətləri üzərinə çəkib.
ASELSAN “ARTCOM 5433 V/UHF-P” yerli qurğusunun görüntülərini paylaşıb. “Biz baza stansiyasından istifadə etmədən smartfonların imkanlarını təmin edə bilərik”, – paylaşımda deyilir.
Qeyd edək ki, partlayışlardan sonra insanlar peycer məsələsi ilə maraqlanmağa başlayıblar. Peycerlər sadə ünsiyyət vasitəsi kimi görünsə də, bir çox sahədə istifadə olunur. Peycerə mesaj göndərmək üçün adətən operatora zəng edib cihazın nömrəsini və göndəriləcək mesajı demək lazım gəlirdi.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |