Pis xəbər gəldi: Danışıqlar dalana dirənib
BEY.AZ informasiya agentliyi xəbər verir
“Vyanada davam edən nüvə danışıqlarında çətinlik yaranıb”.
Metbuat.az xəbər verir ki, bu barədə İranın Milli Təhlükəsizlik Ali Şurasının Baş katibi Ali Şemhani açıqlama verib. O bildirib ki, danışıqlar çətinliklə irəliləyir. İran tərəfinin iddiasına görə, qərb ölkələri üzərlərinə düşən məsuliyyətdən yayınmaq üçün müxtəlif yollara əl atır.
Qeyd edək ki, İran və qərb ölkələri arasında nüvə danışıqları ötən həftə yenidən başlayıb. Tərəflər məsləhətləşmələr üçün danışıqların 8-ci mərhələsinə müvəqqəti fasilə vermişdi. ABŞ müqaviləni tək tərəfli tərk etdiyinə görə, danışıqlarda iştirak etmir. Vyanadakı danışıqlar nüvə məsələsinin həll edilməsi üçün tərəflər arasında son cəhd kimi dəyərləndirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.