fbpx

Pivə zavodunda yanğın olub – VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yerləşən pivə zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, yanğın pivə zavodunun ərazisində yerləşən qazanxanada baş verib.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi təqribən 360 kv.m olan tikilidə qazanxana 40 kv.m sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin