fbpx

Piyadalar hansı hallarda cərimə edilir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Məlum olduğu kimi, Azərbaycanda nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Oxuyun: Bu qayda pozuntularına görə cərimələr ARTDI – 300 manat cərimə, həbs…

Bəs piyadalar hansı qayda pozuntularına yol verdikdə cərimələnirlər?

Metbuat.az xəbər verir ki, bu barədə qaydalar İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə tənzimlənir.

Rüya tabirlerini burdan oku

Belə ki, piyadalar piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə,yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına,qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

Bundan başqa, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də iyirmi manat məbləğində cərimə edilir.

Sərnişinlər tərəfindən nəqliyyat vasitəsinə minmə və düşmə qaydalarının pozulmasına, təhlükəsizlik kəmərinin bağlanılmamasına, motodəbilqənin geyilməməsinə, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına və ya sürücünün nəqliyyat vasitəsini idarə etməkdən yayındırılmasına görə otuz manat məbləğində cərimə edilir.

Həmçininin, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, mal-qaranın yolda nəzarətsiz qoyulmasına, mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə, at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə qırx manat məbləğində cərimə edilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Piyadalar #hansı #hallarda #cərimə #edilir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu