fbpx

PKK-nın Suriyadakı rahat həyatı bitdi

Rüya Yorumları burda

“Suriyada PKK dövrü bitmək üzrədir. Türkiyə ilə yanaşı Suriyanın yeni hakimiyyəti də ərazisində PKK terrorçularının yuva salmasını istəmir. Türkiyənin Suriya ərazisində PKK-ya qarşı mübarizə imkanları genişlənib, yerli əhali də onlara qarşı etiraza qalxıb”.

BEY.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə PKK terrorçuları ya tərksilah olunmalı, ya da Suriyadan İraqa keçib, Qəndil dağı silsiləsində gizlənən tərəfdarlarına qoşulmalıdırlar.

“Onlar isə başlarını gizləndikləri yuvalarından çıxara bilmirlər. Suriya ərazisində rahat həyat onlar üçün bitmək üzrədir, ABŞ da PKK terrorçularını qoruya bilməyəcək. Ancaq PKK İraqda da rahatlıq tapa bilməyəcək. İraq hakimiyyəti və İraqdakı kürd aşirətləri terrorçuları ərazilərində görmək istəmirlər. Suriyada yaşayan kürdlərə gəldikdə, onlar mərkəzi hakimiyyətə tabe olmaqla yanaşı, gələcəkdə Türkiyə modeli bələdiyyələr də formalaşdıra biləcəklər”,- deyə politoloq qeyd edib.

Rüya tabirlerini burdan oku

AYXAN



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu