Plan baş tutmadı, “Barselona” türkləri bağışladı
“Barselona” klubunun bu il “Kamp Nou” stadionuna qayıtmaq planları baş tutmayıb.
BEY.AZ xəbər verir ki, iki il əvvəl “Kamp Nou” stadionunun təmiri və genişləndirilməsi üzrə tenderi rəhbəri Nihat Özdemir olan Türkiyənin “Limak İnşaat” şirkəti qazanıb. Müqaviləyə əsasən, “Barselona” 2024-cü ildə, klubun 125-ci ildönümündə təmir edilmiş “Camp Nou”ya qayıdacaqdı. Komanda tikinti işləri davam etdiyi müddətdə təmir edilmiş stadionda oynaya biləcəkdi. Təmir işləri isə 2026-cı ildə yekunlaşaraq stadion təhvil verilməli idi. Lakin işlərin ləng getməsi səbəbilə plan baş tutmayıb.
Komanda gələn il “Kamp Nou”ya qayıda biləcək. İddia edilirdi ki, gecikməyə görə, hər gün üçün “Barselona” “Limak İnşaat”dan 1 milyon avro tələb edəcək. Məsələ barədə açıqlama verən “Barselona”nın prezidenti Joan Laporta gecikmə səbəbindən tikintini həyata keçirən şirkətdən təzminat almayacaqlarını ifadə edib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |