Pnevmoniyanın əsas əlamətləri bunlardır – AÇIQLAMA
BEY.AZ informasiya agentliyi xəbər verir
Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır.
Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova danışıb.
Onun sözlərinə görə xəstəliyin simptomları xarakterik və ümumi ola bilir:
“Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur”.
Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahın azalması və s. kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən yüksək qızdıırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilir.
Uşaqlarda da bu xəstəliyin simptomları barədə danışan ekspert pnevmoniya hər yaşda müşahidə oluna bildiyini, lakin 2 yaşa qədər uşaqlarda çox təhlükəli olduğunu vurğulayır:
“2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahsızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəs alma, baş ağrısı və s.”, – o, qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.