fbpx

Pokemon cizgi filminin nadir oyun kartı satıldı



ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda Pokemon cizgi filminin nadir oyun kartı satılıb.

BEY.AZ xəbər verir ki, 1998-ci ildə buraxılan kartda cizgi filminin tanınmış personajlarından biri olan “Pikaçu” var. Nyu-Yorkdakı hərracda 360 min dollara satılan kart 39 rəsmi nüsxədən biridir. Məlumata görə, kartda Pokemon cizgi filminin ticarət kartı oyununun yaradıcılarından biri Takumi Akabanenin də imzası var. Kartın satıcısı və onun yeni sahibi haqqında məlumat verilməyib.

Qeyd edək ki, sözügedən 39 kart 1998-ci ildə Yaponiyada nəşr olunan “CoroCoro Comic” jurnalının təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə paylanıb. Kartlardan biri 2021-ci ildə 5 milyon 275 min dollara satılaraq “ən bahalı Pokemon kartı” kimi Ginnesin Rekordlar Kitabına düşüb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin