fbpx

Polad Bülbüloğluna Xalq artisti adı verildi



Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Başqırdıstanın Xalq artisti adı verilib.

BEY.AZ xəbər verir ki, mükafatı ona Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yaradıcı və elmi ziyalılarının Ufada keçirilən XVII Forumu çərçivəsində Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov təqdim edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “Xalqlar Dostluğu” ordeni, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Anatoli İksanov isə diplomla təltif edilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin