fbpx

Poliklinikalarda bu xidmətlər tam pulsuz olacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti göstərən 40-a yaxın tibb müəssisəsində tam müasir avadanlıqlarla təminat işləri həyata keçirilib. Yeni avadanlıqlar sözügedən poliklinikalarda fəaliyyətə başlayıb”.

Metbuat.az bildirir ki, bu sözləri “Baku.ws”ə açıqlamasında Bakı Naş Səhiyyə Mərkəzinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O əlavə edib ki, yaxın dövr ərzində yeni adavanlıqlarla təchiz edilmiş poliklinikaların say daha da artacaq:

Rüya tabirlerini burdan oku

“Ümumilikdə Bakı şəhəri üzrə 104 tibb müəssisəsi fəaliyyət göstərir. Zamanla onların hamısında həmin laboratoriyalar fəaliyyətə başlayacaq.

Bu gün TƏBİB-in nəzdində olan böyük tibb müəssisələrində hansı analizləri vermək mümkündürsə, ilkin tibbi xidmət göstərən poliklinikalarda da həmin analizləri vermək mümkün olacaq. Bu labrotariyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil olan 131 növ analizlərin tam və dəqiq şəkildə verilməsi real olacaq. Demək olar ki, bütün analizlər bu müəssisələrdə olacaq.

Buna görə vətəndaşlardan heç bir ödəniş tələb oluna bilməz. İşləyib-işləməməsindən, təqaüdçü və ya azyaşlı olmasından asılı olmayaraq hər kəs bu xidmətdən pulsuz istifadə edəcək”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Poliklinikalarda #xidmətlər #tam #pulsuz #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu