fbpx

“Polisə müraciət etmişəm” – Mehriban Xanlarova



Xəbər verdiyimiz kimi, aktrisa Mehriban Xanlarova ATV kanalında yayımlanan “Bizimləsən” verilişindən çıxan zaman aktrisa ilə orada şikayətçi qismində iştirak edən ailə arasında dava olub.

BEY.AZ hadisə ilə bağlı məlumat almaq üçün Mehriban Xanlarova ilə əlaqə saxladı. Aktrisa saytımıza açıqlamasında bildirdi ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib:

“Bizimləsən” verilişinə bir ağbirçək nənə müraciət etmişdi ki, nəvəm “ögey analığı” tərəfindən şiddətə məruz qalıb. Uşağın bədənində xəsarət izləri var. Bu barədə mənə kömək edin. Veriliş zamanı şiddət görən uşağı və nənəsini müdafiyə etdiyim üçün, veriliş bitdikdən sonra “ögey ana” mənlə qalmaqal yaşadı.

Bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Xəbər saytları sensasiya yaratmaq üçün, abartılı başlıqlar qoyurlar. Hər şey yaxşıdır, narahat olmayın! Yel qayadan nə apara bilər ki? Bu gün də “Bizimləsən” verilişində olacağam”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin