fbpx

Polisə atılan daş qadını öldürdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 26-da Sabirabad rayon Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Sabirabad rayon prokurorluğunndan Metbuat.az-a verilən xəbərə görə, istintaqla Sabirabad rayon Beşdəli kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3 (silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə yekun ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polisə #atılan #daş #qadını #öldürdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu