fbpx

Polis kapitanını öldürən şəxs tutuldu



Polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Suraxanı rayon prokurorluğundan BEY.AZ-a verilən məlumata görə, iyulun 7-də paytaxtın Suraxanı rayonu Binə qəsəbəsi ərazisində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.

Mehman Məmmədovun tutularaq istintaqa cəlb edilməsindən ötrü Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun polis əməkdaşı 1986-cı təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrilə cinayət işi başlanaraq, istintaq aparılır. Mehman Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin