fbpx

​Polis maarifləndirmə tədbirlərini davam etdirir


Xətai rayonu 64 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikahın fəsadları” və “İnsan alveri və qadın zorakılığı cəmiyyətin bəlasıdır” mövzularında görüş keçirilib.

BEY.AZ xəbər verir ki, tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Polis əməkdaşları tərəfindən narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib. Erkən nikah hallarına, insan alveri və qadın zorakılığına qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin