fbpx

Polis Mövsüm Səmədovun məclisinə BASQIN ETDİ

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bir müddət əvvəl Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxıb.

Metbuat.az-ın məlumatına görə, M. Səmədovun azadlığa çıxması dini camiədə coşqu ilə qarşılanıb.

Belə ki, onun azadlığa çıxması münasibətilə Bakının əksər rayonlarında, xüsusilə də İrana bağlı olan dini icmalarda toplantılar təşkil olunub. Belə toplantılardan biri də, Suraxanı rayonunda baş tutub.

Rüya tabirlerini burdan oku

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə Suraxanı rayonunda evlərin birində dini məclis təşkil edən şəxs saxlanılıb.

Hadisə Suraxanı rayonunda baş verib. Belə ki, polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.

İttihama görə, bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 32 yaşlı şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk edib.

Bildirilib ki, hadisədən əvvəl tədbirlə bağlı sosial şəbəkədə elan verilib.

Saxlanılan şəxslərdən tədbirin təşkilatçısı olan 32 yaşlı şəxsə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, İslam partiyasının sədri, Hacı Mövsüm Səmədov 12 il həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polis #Mövsüm #Səmədovun #məclisinə #BASQIN #ETDİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu