fbpx

Polis müdaxilə etdi, toy təxirə salındı

Rüya Yorumları burda


İmişlidə polisin müdaxiləsi ilə toyu təxirə salınan 17 yaşlı qızın təhsilə davam etməsi üçün tədbirlər görülür.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, rayonu Məzrəli kəndində planlaşdırılan erkən nikahın qarşısı alınıb.

“Bir daha qeyd edirik ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən evlilik hallarına cəhd olunarsa qarşısı qətiyyətlə alınacaq!” – deyə, komitədən vurğulanıb.

***

Rüya tabirlerini burdan oku

İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu