fbpx

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildiriblər ki, nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb.

Sıra baxışında kütləvi informasiya vasitələrində, o cümlədən Daxili İşlər Nazirliyinin rəsmi saytında və sosial şəbəkələrdəki səhifələrində verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 161 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onların 33 nəfəri Vətən müharibəsinin iştirakçıları, 5-i isə şəhid ailələrinin üzvləri olub.

Nazir Vilayət Eyvazov daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərilərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfələrini vermələrini tövsiyə edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin