fbpx

Polis Təranə Səmədovanın qızını dindirdi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


İki gün əvvəl həbs edilən prodüser Təranə Səmədova ilə bağlı yeni iddialar ortaya çıxıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, prodüserin qonşuları tərəfindən onun evində cinsi-azlıqları qonaq edib və uşaqlarını diləndirməsi ilə bağlı bir neçə iddia irəli sürülüb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirdi ki, uşaqları dünən tibbi-müayinədən keçirdik və şükür olsun ki, ciddi bir şey yoxdur:

Rüya tabirlerini burdan oku

“Təranənin 7 aylıq kiçik qızında çəki azlığı var. Körpəyə müalicə yazılıb. Suelin isə yaşadığı bir çox ağır hadisələrə görə mütəmadi olaraq psixoloq konsultasiyalarına getməsi vacibdir. Uşaqlarda ata faktoru və bağlılığı görmürəm. Suelin beynində atanın yoxluğu formalaşdırılıb. Yəni ona aşılayıb ki, sənin atan da, anan da mənəm və s. Sueldə ataya qarşı bir münasibət yoxdur.

O ki qaldı qonşular tərəfindən yayılan iddialara, bəli, Suel özü deyir ki, anam aqressiv vəziyyətdə bizə xəsarət yetirməsin deyə uşağı da götürüb, evdən qaçmışam. Bu gün Xətai Rayon Polis İdarəsinin əməkdaşları Suelin izahatını alıb. Ümumiyyətlə, uşaqların diləndirilməsi və digər iddialarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Polis uşaqlara qarşı şiddət, zorakılıq və ya digər hərəkətlərin edilməsi ilə bağlı təhqiqata başlayıb. Əgər fakt varsa və təsdiqini taparsa, Təranə Səmədova əlavə məsuliyyətə cəlb ediləcək”.

Qeyd edək ki, Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.

Onu da qeyd edək ki, Təranə Səmədova bir neçə gün əvvəl yenidən həbs olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polis #Təranə #Səmədovanın #qızını #dindirdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu