Polislərin lazımlı tədbir görmədiyi iddia olunur
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-nin Texas ştatındakı orta məktəblərin birində baş verən silahlı qətliamla bağlı polislərin vaxtında tədbir görmədiyi iddia edilib.
Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, rəsmilər açıqlamalında etiraf ediblər ki, qətliamı törədən Salvador Ramos bir saata yaxın məktəb binasında olub. Bu zaman içərisində də o, 19 uşağı və iki müəllimi qətlə yetirib.
Hadisənin canlı şahidləri və içəridə öldürülən məktəblilərin valideynləri içəri girmək istəyiblər, çünki polislər qətl baş verən zaman heçnə etmədən çöldə gözləyiblər. Şahidlər deyir ki, qadınlar zabitlərə “İçəri girin! Oraya girin!” deyə qışqırsalar da, polislər içəri daxil olmayıblar.
Qeyd edək ki, qatil bir “Facebook” kontaktına bir sıra şəxsi mesajlar göndərib və orada nənəsini “öldürəcəyini” və “ibtidai məktəbə hücum edəcəyini” yazıb. Qətl zamanı istifadə etdiyi yarı avtomatik tüfəngləri 18 yaşı təzəcə tamam olduqdan sonra və hücumdan bir neçə gün əvvəl qanuni yolla aldığı məlum olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.