fbpx

Polkovnik Seymur Qurbanov həbs edildi

Rüya Yorumları burda


Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Hərbi Prokurorun böyük köməkçisi Firad Əliyev BEY.AZ-ın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

***

17:07

Rüya tabirlerini burdan oku

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanov saxlanılıb.

BEY.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, S.Qurbanov korrupsiya cinayətlərində və dələduzluqda şübhəli bilinir.

Hazırda polkovnikin prokurorluqda ifadəsi alınır.

Xatırladaq ki, ötən gün Xidmətin Daşkəsən rayon şöbəsinin rəisi mayor Anar Əsgərov da həbs olunub.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu