fbpx

Polşada həbs edilən sabiq azərbaycanlı icra başçısı AZADLIĞA ÇIXDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Polşada həbs olunan Qubadlının sabiq icra başçısı Elxan Nuriyev azadlığa çıxdığı barədə məlumat yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında bildiriblər. Qeyd edilib ki, Nuriyev Polşanın Przemysl məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Xatırladaq ki, Elxan Nuriyev uzun illərdir Ukraynada yaşayır.

Rüya tabirlerini burdan oku

Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Piri oğlu Nuriyev cari ilin oktyabrında Polşada tutulmuşdu.

Baş Prokurorluğun oktyabr ayında yaydığı məlumata görə, 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. 02.10.2022-ci il tarixdə o, Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdi.

E.Nuriyev 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 22 avqust 1993-cü ildə Qubadlı icra başçısı vəzifəsindən azad edilib. Daha sonra Azərbaycandan Ukraynaya köçüb.

Bir 1 nəfər, ayaqda, hərbi forma və açıq hava şəkili ola bilər




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Polşada #həbs #edilən #sabiq #azərbaycanlı #icra #başçısı #AZADLIĞA #ÇIXDI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu