fbpx

Prezident ən çox sevdiyi idman növündən danışdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.

“Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı, aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu. Bundan ötrü ölümə getmək lazım idi. Məsələnin nədən ibarət olduğunu başa düşürsünüzmü? Bundan ötrü çox böyük fədakarlıq və üstəlik, bunu etməyə güc lazım idi. Şuşaya gedən Zəfər Yolu ilə dəfələrlə getmişəm.

Rüya tabirlerini burdan oku

Birinci dəfə yanvar ayında getmişdim. Əhmədbəylidən Şuşaya 4 və ya 5 saata gedib çatdım. Ona görə ki, yol yox idi, palçıq və buz, vəssalam. Maşın gedəndə sürüşürdü. Lakin mən hər dəfə gedəndə – indi, artıq yol çəkiləndən sonra da – həmişə gözlərimin qabağında sizi və bu yol ilə gedənləri görürəm, başa düşürsən? Mən fikirləşirəm, bəli, mən gedirəm, bu yolu tikmişik, hamı razıdır. Lakin bu yol olmayanda, meşələrdən, dağlardan keçərək, özü də hava artıq sərin olanda bir neçə gün getmək, sonra da Şuşa qalasına dırmaşmaq, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. Amma sənin üzərinə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır.

Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar. Ona görə idman bu deməkdir. Dinc həyatda da hökmən lazımdır, hökmən. Bəzən mən eyni sözləri tez-tez təkrar edirəm, ona görə yox ki, mən dediklərimi unuduram, xeyr, sadəcə, ona görə ki, bilirəm, məqsədə nail olmaq lazımdır.

Mən rayonlarda olanda tez-tez təkrar edirdim ki, hamı tibbi müayinədən keçməlidir. Deyirdim ki, hər bir insan ildə bir dəfə tibbi müayinədən keçməlidir. Mən bunu ona görə deyirdim ki, buna inanırdım, ona görə ki, bunun lazım olduğunu bilirdim. Nəhayət biz pandemiyaya gəlib çatdıq, o dövrdə biz hər il yüz minlərlə, milyonlarla insanın dispanserizasiya keçməsinə, xəstəxanalarda tibbi müayinədən keçməsinə nail olduq. Deməli, dediklərimin təsiri olub, insanlar başa düşüblər ki, bu, lazımdır.

Mənə hər il statistika veriblər: nə qədər xəstəlik aşkar edilib, neçə xəstəlik aşkar edilib, neçə adam həmin xəstəliklərdən rayonlarda müalicə olunub, neçə adam Bakıya gətirilib və neçə insan xilas edilib. Amma əgər onlar buna riayət etməsəydilər, Allah bilir nələr olardı.

Eyni sözlər idmana da aiddir, inanın mənə. Mən turnikdə bu hərəkətləri öyünmək üçün göstərmirdim, bu, mənə lazım deyil. Mən ondan ötrü göstərirdim ki, gənclər bilsinlər, 60 yaşında da bunu etmək olar. Əgər 60 yaşında 15 dəfə dartılmaq olarsa, 20 yaşda, 30 yaşda bunu hökmən etmək lazımdır. Buna çalışmaq lazımdır. Bu, təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir, sən özünə əminsən, təbii ki, onda sən daha cəsarətlə hərəkət edirsən. Müharibədən əvvəl bizim özümüzə inamımız yox idi, hərçənd onun nə ilə başa çatacağını kim bilirdi?

Desəm ki, biz hamımız bunu qabaqcadan bilirdik, düz olmayacaq. Kimin müdaxilə edəcəyini, kimin müdaxilə etməyəcəyini, necə müdaxilə edəcəyini, nələr baş verəcəyini kim bilirdi? Kimsə bunu bilə bilərdimi? Yox. Mən də bilə bilməzdim. Düzdür, mən bütün amilləri təhlil etmişdim, amma yenə də qarantiya yox idi. Yəni, özünəinam təkcə mənəvi ruh yüksəkliyi deyil, həm də fiziki vəziyyətdir. Buna görə, əziz dostlar, əziz gənclər, məsləhət görürəm ki, idmanla məşğul olun, fiziki sağlamlığınızı qoruyun, gücləndirin. Bu, mümkündür. Məşq etmək lazımdır və hədəfə çatmaq üçün, necə deyərlər, tər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.

Sevimli idman növü məsələsinə gəldikdə isə deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür. O, travmatik deyil və xoşagələndir. Buna görə mən dənizi sevirəm, hovuzda üzməyi xoşlamıram, bu, darıxdırıcıdır. Amma hava yaxşı olanda, vaxtım olanda dənizdə üzməyi xoşlayıram. Ona görə sizə də bunu məsləhət görürəm”, – deyə dövlət başçısı vurğulayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu