fbpx

Prezident Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.

Metbuat.az xəbər verir ki, Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi münasibətilə İlham Əliyevi təbrik edən Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi bu tədbirin xüsusi önəm daşıdığını bildirib.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinin salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Rüya tabirlerini burdan oku

Prezident salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasiminin səfərinə və Birləşmiş Ərəb Əmirliklərinin sammitdə iştirakına görə minnətdarlığını bildirib.

İlham Əliyev Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu qeyd edib, iki ölkənin liderlərinin münasibətlərini xüsusi vurğulayıb.

Sammitin əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti ölkəmizin sədrlik dövründə Qoşulmama Hərəkatının təsisatlanması və beynəlxalq münasibətlər sistemində rolunun artırılması baxımından ciddi şəkildə fəaliyyət göstərdiyini deyib.

Görüşdə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb. Bərpaolunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihənin əhəmiyyəti vurğulanıb. Turizm sahəsində əməkdaşlığın inkişaf etdiyi bildirilərək, qarşılıqlı turist səfərlərinin artmasının insanlar arasında təmaslara xidmət etdiyi qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezident #Birləşmiş #Ərəb #Əmirliklərinin #Ali #Şurasının #üzvünü #qəbul #edib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu