fbpx

Prezident İlham Əliyev sülh və sabitlik münasibətlərini hədəf seçərək uğurlu siyasət aparır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dövlətləri, ölkələri və xalqları idarə edən liderlər ya böyük yüksəliş yaradaraq əbədi tarix qazanırlar, ya da uçurum və fəlakətlərə səbəb olurlar. Cənab Prezident İlham Əliyev yürütmüş olduğu doğru, dəqiq siyasi fəaliyyətlərin nəticəsində Azərbaycan güclü dövlət olaraq son dörd il ərzində zirvəni özünə məskən seçmişdir”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, ehtiyatda olan general Yücel Karauz deyib. General bildirdi ki, İlham Əliyev 44 günlük müharibə dövründə “Dəmir yumruğ”u havaya qaldıraraq 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələrin icrası 27 il ərzində kağız üzərində qalmışdı. Azərbaycan özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edərək özü ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qəbul etdiyi qətiyyətli qərarlarla mahir diplomat, nəhəng siyasətçi olmaqla bərabər, sərrast hərbçi qabiliyyətinə malik olduğunu bütün dünyaya real cəbhə nəticələri ilə nümayiş etdirdi. Prezident İlham Əliyev zəngin hərbi bacarığı ilə Vətən müharibəsinin gedişatına böyük töhfələr verərək tarixi Qələbəni daha da sürətləndirdi. Onun liderlik xüsusiyyətlərinin ən mühüm cəhətlərindən olan qətiyyət və cəsarət Vətən müharibəsinin ilk anlarından başlayaraq öz bəhrəsini verdi”.

Rüya tabirlerini burdan oku

Ötən dövr ərzində Türkiyə – Azərbaycan münasibətlərinin tarixi zirvə yaşadığını qeyd edən Yücel Karauz xatırlatdı ki, bu əlaqələr 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə ilə taclandırıldı. Məhz dünyanın bir çox öncül ölkələrinin də diqqət mərkəzində olan bu sıx əlaqə həm də 83 milyon Anadolu Türkünün, 10 milyon Azərbaycan xalqının arzusu, məramı sayəsində mümkün olmuşdur.

“Xüsusilə vurğulamaq istəyirəm ki, 12 noyabr 2021-ci ildə Türkiyənin İstanbul şəhərində türk dünyasının liderlərinin növbəti tarixi toplantısı əsnasında müstəqil türk respublikalarını təmsil edən liderlərin toplantısı zamanı olduqca mühüm olan “Türk dünyasına baxış – 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk Dövlətlərindən ibarət təşkilatın yaradılmasının əsasları Naxçıvan Bəyanatında öz əksini tapmışdı. 12 il ərzində yol xəritəsi qismində çox mühüm irəliləyişlər əldə edən Şura nəhayət yeni ad, status, proqram və hədəfləri ortaya qoyaraq dünən mühüm qərarlar qəbul etdi. Üç oktyabr 2009-cu ildə Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçiləri kimi türk dövlətləri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatını müəyyənləşdirmişdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atmışdır. Şuranın indiyə qədər keçirilmiş bütün zirvə görüşündə Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur. Bu uğurlu fəaliyyətin arxasında da Ali Baş Komandan İlham Əliyev dayanır”.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yüksək bacarıqla davam etdirildiyini vurğulayan Yücel Karauz dövlətimizin başçısının beynəlxalq proseslərin səmtini hər zaman düzgün dəyərləndirdiyini bildirdi.


“Azərbaycan daima qonşuları ilə sülh və sabitlik münasibətlərini hədəf seçərək uğurlu siyasi addımlar atmışdır. Bu qədər qısa müddətdə həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu baxımından uğurlara imza atan Azərbaycan ordusu, Ali baş komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan torpaqlarını azad etdi. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı dirçəldi, milli güc ünsürlərinin, silahlı qüvvələrin gücü artdı. Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Bu yolu davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxarda bildi. Bütün bunlar Azərbaycanın yeni ordu quruculuğunun əsasında duran mühüm məsələlərdəndir. 44 günlük mübarizə nəticəsində dünya anladı ki, Azərbaycan bölgədə güclü bir dövlətdir. Necə ki, 99 il öncə Türkiyə düşmənlərinin başına “Dəmir yumruğu” endirərək, qalib gəldi, Azərbaycan da 44 günlük Vətən müharibəsin müddətində erməni işğalçılarını torpağından qovaraq Azərbaycan xalqının əzmini, gücünü onlara bir daha nümayiş etdirdi. Allah Ali Baş Komandan İlham Əliyevi Azərbaycana, Türkiyəyə, türk dünyasına çox görməsin”.

Prezident yanında İdarəçilik Akademiyasının politoloqu, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov açıqlamasında İlham Əliyevin son illər ərzində struktur islahatları və kadr dəyişikliyi sayəsində apardığı uğurlu siyasətə diqqəti yönəldərək qeyd etdi ki, 2018-ci ildə Prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsi Azərbaycan dövləti tarixində yeni mərhələnin başlanğıcını qoydu.

Turkiye ABS ve Rusiya ile ugurlu manevr ederek isteklerine catmis oldu”

“Andiçmə mərasimindən sonra tez bir zamanda ölkədə bütün sahələrdə başlanılan islahatlar, dövlət institutlarının müasir çağırışlara cavab verməsi üçün aparılan dəyişikliklər, korrupsiyaya qarşı mübarizə, regionlardakı idarəetməyə diqqətin artırılması xüsusi ilə qeyd edilməlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ötən 3 ildə apardığı ciddi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi istiqamətində qurmaları ilə bağlı qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə qəti inam yaratmışdır. Dövlət başçısı idarəçiliyin təkmilləşdirilməsi prosesini daim diqqət mərkəzində saxlamaqla, cəmiyyətin inkişaf qanunauyğunluqlarından irəli gələrək yeni, çevik və işlək strukturların, dövlət komitələrinin, nazirliklərin fəaliyyətlərinin təkmilləşməsinə nail oldu. Bunlar situasiyaların səmərəli şəkildə idarə olunması və idarəetmədə meydana çıxacaq ziddiyyətlərin aradan qaldırılması baxımından son dərəcə əhəmiyyətlidir”.

Politoloqun onu da bildirdi ki, son 3 il ərzində ölkədə struktur dəyişiklikləri ilə eyni vaxtda kadr islahatlarını geniş miqyasda davam etdirib genişləndirmək dövlət üçün prioritetə çevrilib.

“Prezident İlham Əliyevin qeyd etdiyi, “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Ona görə də kadr islahatları labüddür və qaçılmazdır” – fikri hazırda dövlət institutlarında mühüm çağırış kimi dəyərləndirilir və bu işin təşkili üçün müvafiq qərarlar qəbul edilir. Dəyişikliklər nəticəsində, modern, çevik siyasətlə ayaqlaşa biləcək yeni gənc kadrların mərkəzi və regional orqanlara təyin edilmələrinin şahidi oluruq. Ümumiyyətlə dövlətin dayanıqlığının artırılması, ölkəmizin üzləşdiyi köhnə və yeni xarici çağırışlar qarşısında daxili birlik mütləqdir. Biz 44 günlük müharibə zamanı bu birliyin necə əhəmiyyətli olduğunu bir daha gördük. Bütün bunların fonunda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dialoq formatı, qarşılıqlı müzakirələr bəzi radikal və xarici donorlardan asılı olan siyasi partiyalardan başqa hamı tərəfindən müsbət dəyərləndirilir, cəmiyyət tərəfindən rəğbət və sevinclə qarşılanır” deyə Zaur Məmmədov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu