Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib
Prezident İlham Əliyev İspaniya Kralı Əlahəzrət VI Felipeyə məktub göndərib.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.