fbpx

“Prezident məlumatlandırılmır, nəticədə ölkəyə ziyan dəyir”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov məmurları tənqid edib. Millət vəkili deyib ki, “ümumiyyətlə, istər Baş nazirin, istər Baş nazirin müavinlərinin, digər nazirlərin Qubada villaları var. Onlar gedəndə o yolu görmürlərmi? Prezidentə çıxmadan Azərbaycanda bir sıra məsələlərin həlli mümkündür. Yəni bu yolun təmiri üçün göstəriş verə bilərlər”.

Vahid Əhmədovun məmurları tənqid etməsinə haqq qazandıran deputat Fazil Mustafa plenar iclasdakı çıxışı zamanı bildirib ki, ölkədə prezidentə çıxmadan bir çox məsələləri həll etməyin mümkün deyil.

“Bu yaxınlarda prezident İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin açılışı zamanı etdiyi çıxış əsnasında bir sıra ibrətamiz sözlər söyləyərək bildirdi ki,

Rüya tabirlerini burdan oku

bir çox məsələləri ondan gizlədilir və çatdırılmır. Prezidentin ürək ağrısı ilə dediyi sözlərin məmurlar tərəfindən qarşısının alınacağı ilə bağlı hər hansı bir zəmanət yoxdur. Bir neçə dəfə ölkəyə böyük gəlir gətirəcək faydalı layihələrin qarşısı alınıb. Mən bilmirdim ki, ölkədə turizm ilə bağlı olan layihələr inhisardadır. Qardaşım, bu ölkəyə pul gəlirsə bundan niyə imtina edirik? Novruz bayramında 3 min iranlı Yerevana, 100 min adam Gürcüstana getdi. İtaliyalı iş adamı bizim ölkəyə pul xərcləməyə gəlib, onu niyə geri qaytarırsan ki, get, İstanbulda test ver, qayıt?! Bu ölkəyə iş adamı pul xərcləməyə gəlirsə niyə onu formal olmayan qanunların içərisində əridirsiniz? Bunun da səbəbi yerində olmayan məmurlardır. Onlar ölkə prezidentini də məlumatlandırmırlar. Nəticədə bu da bütün ölkənin inkişafına təsir edir” deyə Fazil Mustafa fikirlərini yekunlaşdırıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu