Prezident seçkilərində Ərdoğanın qarşısına çıxacaq rəqib məlum oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı müxalifətin namizədinin kim olacağı məlumdur.
Metbuat.az xəbər verir ki, Gələcək Partiyasının sədr müavini Səlçuk Özdağın açıqlamasına görə, “Millət İttifaqı”nın namizədi artıq bəllidir:
“Artıq “altılı masa”nın prezidentliyə namizədinin kim olacağı bəllidir. Seçki qərarı verildikdən bir həftə sonra namizədimizi açıqlayacağıq. Bu namizəd sosialistlərin, milliyətçilərin, Atatürkçülərin, mühfizəkarların, sağçıların və solçuların hamısını səsini alacaq”.
Qeyd edək ki, “Cumhur İttifaqı”nın namizədinin Prezident Rəcəb Tayyib Ərdoğan olacağı rəsmən açıqlanıb. “Millət İttifaqı”nın namizədinin isə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu kimi siyasətçilərdən birinin olacağı ehtimal olunur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.