Prezident serbiyalı həmkarını təbrik edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə məktub ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.