fbpx

Prezidentin Düşənbədə rəsmi qarşılanma mərasimi olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

Metbuat.az xəbər verir ki, Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentin #Düşənbədə #rəsmi #qarşılanma #mərasimi #olub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin