fbpx

Prezidentin köməkçisi Ermənistanla sülhə maneələrdən danışdı

Rüya Yorumları burda


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan “La Repubblica” qəzetinə müsahibəsində Ermənistanla sülhə mane olan məsələlərdən danışıb.

BEY.AZ xəbər verir ki, H.Hacıyev müsahibəsində bildirib:

“Ermənistanın hərbiləşdirilməsi məsuliyyətli və mütənasib olmalıdır. Məsələn, İrəvan Fransadan uzaqmənzilli raketlər və artilleriya sistemləri alır və bununla da yenidən Azərbaycan şəhərlərinə hücum edə bilər. Ermənistan üçün ən yaxşı həll yolu Azərbaycanın təhlükəsizliyini təhdid edən hərbi ittifaqlar yox, neytrallıq olardı.

Müstəmləkə keçmişi olan bəzi Qərb dövlətlərinin Afrikadakı kimi, Qafqazda da öz siyasətlərinin və intriqalarının təbliği üçün Ermənistandan istifadə etməsi əks effekt verir. Məsələn, Fransa və onun hökuməti region haqqında tam anlayışa malik deyil və Avropanın da əleyhinə olacaq geosiyasi səhvlərə yol verir. Ermənistanı hərbiləşdirmək və bununla da onun revanşizminə təkan vermək sülhə kömək etmir.

Biz, həmçinin Avropa İttifaqının Ermənistanda sərhədlərimizin monitorinqi missiyası şəklində və Ermənistan üçün hərbi layihə olan Avropa Sülh Fondu vasitəsilə regionda hərbi mövcudluğunu görürük. Aİ regionumuzda hərbi amilə çevrilərsə, haqlı suallar ortaya çıxır: Ermənistanın hərbiləşdirilməsinin məqsədi nədir?”.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu