fbpx

Prezidentin köməkçisinin Zəngəzur dəhlizi mesajı: Bakının yeni planı var?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrinə müsahibə verib.

Müsahibədə H.Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri xüsusi diqqət çəkir. O deyib ki, “Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra layihə bizim üçün cəlbediciliyini itirib.

Mövzuya münasibət bildirən politoloq Turan Rzayev BEY.AZ-a bildirdi ki, Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları çərçivəsində tərəflərin uzlaşa bilmədiyi, fikir ayrılığı yaşadığı bir sıra mövzular var. Onlardan biri, bəlkə də ən önəmlisi Zəngəzur dəhlizidir:

“Belə ki, rəsmi Bakı məsələnin 10 Noyabr bəyanatında göstərildiyi kimi, maneəsiz hərəkət prinsipi ilə həll edilməsini istəsə də, İrəvan yol prinsipi ilə həllində israrlıdır. H.Hacıyevin sözlərindən belə nəticəyə gəlmək olar ki, tərəflər bu məsələdə uzlaşma əldə edə bilməyiblər. Buna görə də Azərbaycan alternativləri nəzərdən keçirir. Söhbət İran ərazisindən keçəcək yoldan gedir. H.Hacıyev dünənki müsahibəsində bildirib ki, “Biz bunu İranla yerinə yetirə bilərik”. O qeyd edib ki, Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu.

Rəsmi Bakı oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrakstrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimini keçirdi. Artıq tikinti işlərinə də başlanılıb. Həmin tədbirdə Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Rüya tabirlerini burdan oku

H.Hacıyevin dediklərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycan Ermənistanla kommunikasiya və nəqliyyat yollarının açılması məsələsindən tam imtina etməyib. Sadəcə, bu istiqamətdə Ermənistanla uzlaşma əldə edilmədiyi üçün rəsmi İrəvana “yumşaq güc” siyasətinə keçid alınıb”.

Politoloq qeyd etdi ki, Azərbaycan İran ərazisindən keçəcək yolla Naxçıvana hərəkəti bərpa edəcək. Bu məsafəni qısaldacağı kimi bölgənin tranzit imkanlarını da artıracaq.Turan Rzayev hesab edir ki, Azərbaycan bununla bir daha Ermənistandan asılı olmadığını, nəzərdə tutulan layihələri İranla da icra edə biləcəyini göstərir:

“Lakin H.Hacıyev müsahibəsində həm də gələcək üçün nikbin danışır. Xüsusilə onun “bununla belə, ümidlər var ki, nəqliyyat əlaqəsi sülh müqaviləsi üzrə irəliləyişin bir hissəsi kimi bərpa oluna bilər, lakin Azərbaycana “ekstraritorial” güzəştlər olmadan Ermənistanın sərhəd nəzarətindən yan keçməyə imkan verəcək” sözləri bunu deməyə əsas verir.

Hikmət Hacıyev faktiki olaraq topu Ermənistanın üzərinə atır və deyir ki, biz İranla saziş imzalayır, yol çəkirik, lakin İran ərazisini işğal etmirik. Kommunikasiyaların açılması, nəqliyyatın bərpası rəsmi Bakının Zəngəzuru işğal edəcəyi mənasına gəlmir.

H.Hacıyev müsahibəsi zamanı açıq şəkildə bildirdi ki, Azərbaycanın Zəngəzuru ələ keçirmək planı yoxdur. İrəvanın Zəngəzur məsələsinə isti baxmamasının bir səbəbi də başda Fransa olmaqla Qərbin yalan və uydurma dezinformasiyalarına inanmasıdır. Xüsusilə son günlər “Azərbaycan Ermənistanla sərhəddə ordu cəmləyir, Zəngəzurda əməliyyata hazırlaşır” kimi absurd fikirlər Ermənistan ictimaiyyətində və siyasi elita daxilində ciddi narahatlıq yaradıb. Hacıyevin indiki məqamda verdiyi bu açıqlama prinsip etibarilə Ermənistandakı neqativ atmosferi aradan qaldıra bilər”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Prezidentin #köməkçisinin #Zəngəzur #dəhlizi #mesajı #Bakının #yeni #planı #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu