fbpx

Prezidentin Qətərə təyin etdiyi səfir kimdir?

BEY.AZ informasiya agentliyi xəbər verir


Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahir Məmməd oğlu Əliyev Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Metbuat.az xəbər verir ki, Mahir Əliyev bu təyinatadək Azərbaycann Respublikasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. O, 2022-ci il oktyabrın 17-də Birləşmiş Ərəb Əmirliklərindən geri çağırılmışdı.

Mahir Əliyev əslən Ağdaş rayonundandır. Əvəllər Təhsil Nazirliyində Xarici əlaqələr idarəsinin rəisi vəzifəsində çalışıb. 2008-2015-ci illərdə Azərbaycanın Suriya və Livandakı səfiri postunu tutub. 2015-ci ilin mayında Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

2019-cu ilin əvvəlindən 2022-ci il oktyabrın 17-nə kimi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik korpusuna rəhbərlik edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Prezidentin #Qətərə #təyin #etdiyi #səfir #kimdir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin