fbpx

Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinə avtomobil ianə edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

10 iyun tarixində Qarabağ Dirçəliş Fondunda (QDF) Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüş zamanı tərəflər arasında işğaldan azad edilən ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan layihələr, eyni zamanda əməkdaşlıq planları müzakirə olunub.

Görüşün sonunda Qarabağ Dirçəliş Fondunun donorlarının biri tərəfindən ianə edilən “Mitsubishi L-200” markalı pikap avtomobili Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev tərəfindən Qarabağda aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təhvil verilib.

Rüya tabirlerini burdan oku

Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüs üçün donor şirkətinə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

İşğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlb edilməsi və ianəçilik mədəniyyətinin təşviqi Fondun fəaliyətinin əsas istiqamətlərindəndir.

Qeyd olunmalıdır ki, Fond yarandığı gündən etibarən, bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.

Xatırladaq ki, bir müddət öncə Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar (https://qdf.gov.az/xeberler/188-Qarabag-Dirchelish-Fonduna-Improtex-terefinden-iane-edilen-yeni-texnika-Shusha-Qoruguna-tehvil-verilib-FOTO.html) Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib. Bu təcrübə Qarabağın bərpası və yenidən qurulması prosesində həmrəyliyin əsas təzahürüdür.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu