Priqojin Corc Buşa içki süzür – FOTO
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın sabiq prezidenti kiçik Corc Buş “Vaqner” rəhbəri Yevgeni Priqojinin 17 il öncə ona şam yeməyi təqdim etdiyini öyrənəndə şok keçirdiyini bildirib.
Metbuat.az axar.az-a istinadən bildirir ki, bu barədə “Business Insider” məlumat yayıb.
Avropa strategiyası üzrə Yalta konfransında çıxışı zamanı Buşdan Priqojinin təyyarə qəzasında ölməsi xəbərindən şok olub-olmadığını soruşublar. Konfrans Kiyevdə keçirilib, lakin Buş videobağlantı vasitəsilə iştirak edib.
“Xeyr, məni şoka salan odur ki, Sankt-Peterburqda keçirilən G8 sammitindən ötən gün bir fotoşəkil gördüm, orada yemək verən şəxs Priqojin olub. O, Putinin aşpazı idi, fotoda da var”, – Corc Buş bildirib.
Buş qeyd edib ki, bu adamla şəxsən görüşdüyünü xatırlamır:
“Bildiyim tək şey odur ki, mən sağ qaldım (Priqojinin onu zəhərləmədiyinə işarə edir – red.).
Qeyd edək ki, foto 14 iyul 2006-cı ildə Corc Buş və xanımının Putinlə şam yeməyi zamanı çəkilib. Priqojinin Buşa içki süzdüyü görünür.
Şam yeməyi Sankt-Peterburqdakı Konstantinovski sarayında G8-in 32-ci sammiti çərçivəsində olub. Rusiya G8 toplantısına ilk dəfə ev sahibliyi edirdi.
Həmin vaxt Vaşinqton və Moskva iki ölkə arasında ticarətin daha da inkişaf etdirilməsi və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına daxil olması imkanlarını müzakirə ediblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Priqojin #Corc #Buşa #içki #süzür #FOTO